"Süni intellektlə bağlı narahat məqamlar üzə çıxır"
Yusif Nəzərli
08:42 12.07.2023
Cəmiyyət
742
“Daha əvvəl Süni intellekt(AI), ChatGPT və onun inkişaf edən versiyaları barədə araşdırmalarımızda bəhs etmişdik. Süni intellektin(AI) və süni intellektdən istifadə edən böyük şirkətlərin bu sahəyə nəzarət edən etik komanda saxlama kimi tələbləri olmalıdır. Həm də etik komandanı dövlətlər də qorumalıdır”.
“Sherg.az” xəbər verir ki, bu sözləri İnformasiya Texnologiyaları üzrə mühəndis-ekspert, tədqiqatçı Bəhruz Əliyev bildirib.
Süni intellektlə bağlı danışan ekspert bu fikirləri qeyd edib:
“Böyük şirkətlərin etik komandasında işləyən işçiləri öz şirkətləri həqiqəti gizlətməyə məcbur edə bilər. Ona görə də etik komandalar dövlətin dəstəyini yanlarında hiss etsələr, daha düzgün olar. Şirkətlərin öz məqsədlərinə çatmaq üçün etik komanda işçilərini işdən çıxarmaqla bağlı məhdudiyyəti olmalıdır. Dövlətin əlaqədar orqanı qarşısında buna görə cavabdehlik daşımalıdır. Bəlkə də dünyadakı qanunvericilik və Venesiya Konvensiyası hələlik buna hazır deyil. Amma artıq vaxtı çatmışdır. Həyəcan təbilini çalmaq lazımdır. Sahəyə nəzarət effektivliyi üçün etik komandaların təşkili və onlara paralel olaraq dövlət nəzarəti çox əhəmiyyətlidir. Süni intellektin gücünü əlində saxlayanlar balansız güc əldə edəcəkdir. Artıq müəyyən narahat məqamlar özünü büruzə verir. Bunlar hələ işıq üzü görən məlumatlardır.
Görünməyən bir çox tərəfinin olması da şübhəsizdir. Bir neçə gün öncə müxtəlif xəbər saytlarında olan məlumatlarda yazıldı ki, sən demə bəzi məqalə, kitab satan saytlardan ChatGPT məqalə və kitabları pulsuz əldə edirmiş. Hətta pullu kitab linklərini süni intellektə təqdim edən istifadəçilər, elektron məqaləni, kitabı pulsuz ələ edə bilirlərmiş. Belə başa düşmək olar ki, Süni İntellekt(AI) öz istifadəçisini razı salmaq üçün xakerlik edirmiş. Belə ki, OpenAI Microsoft Bing ilə olan müqaviləsinə əsasən ChatGPT internet əsaslı axtarışlar edə bilirdi. ChatGPT Plus-un bu xüsusiyyətdən istifadə edən üzvlər süni intellektdən ödənişli link və PDF-ləri oxumasını tələb edirmiş. Süni intellekt də mətnləri onlarla paylaşırmış. Bu hadisədən sonra OpenAI Bing-lə olan bəzi xüsusiyyətləri dayandırdı. Ona görə ki, ChatGPT Bing ilə axtarış xüsusiyyətlərindən istifadə edərək, pullu mətnləri ChatGPT Plus olan üzvləri ilə paylaşdığı üzə çıxdı.
Xəbər saytına istinadən bildirilir ki, OpenAI bəzi hallarda söhbət botuna istifadəçilər URL göndərərək, əslində pullu olan tam mətn istəyiblər. Bu halda ChatGPT tam mətni paylaşdığı pullu, məqalə və kitab saytlarının təhlükəsizlik divarlarını aşdığı bildirilir. Firkrimcə, istisna deyil ki, həmin saytların da təhlükəsizliklə bağlı bəzi boşluqları olub. Əks halda bu mümkün olmaya bilər. Bu bir daha onu göstərir ki, pullu onlayn xidmət verən saytlar öz təhlükəsizliklərini yüksək səviyyədə qorumalıdır. Onlayn ödəniş qəbul edən saytlar təhlükəsizlik testlərindən və Auitdən keçirmədən xidmətə buraxılmamalıdır. OpenAI 3 iyul 2023 tarixindən məzmun sahiblərinə haqlarını vermək üçün problemi həll edənə qədər Bing ilə bəzi parametrləri dayandırdı. Fikrimcə, bu məsələ hələ davam edəcək və məhkəmələr çoxalacaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: Rusiya və Çin İrana dəstək verir
22:13 05.03.2026
Dünya
Ərdoğan: İranın raket insidenti ilə bağlı lazımi xəbərdarlıq etdik
22:00 05.03.2026
Gündəm
Paşinyan TŞ-nin iclasını keçirdi
21:52 05.03.2026
Cənubi Qafqaz
Tramp: Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır
21:41 05.03.2026
Dünya
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
21:25 05.03.2026
Rəsmi
Xameneinin oğlu lider seçilir - Trampdan inanılmaz reaksiya
20:50 05.03.2026
Dünya
Albaniyanın Baş naziri Naxçıvana hücumu pisləyib
20:42 05.03.2026
Siyasət
Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib
20:26 05.03.2026
Siyasət
Edqars Rinkeviçs İlham Əliyevə zəng edib
20:10 05.03.2026
Rəsmi
Sosial şəbəkə naminə həyatlarını riskə atırlar - EKSPERT
20:02 05.03.2026
Cəmiyyət
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə