Terrorçuluqda təqsirləndirilən ermənilər: "Mühəndis istehkam qoşunlarında çalışmışıq"
Yusif Nəzərli
12:10 17.12.2021
Cəmiyyət
761
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
"Report" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İ.Sarqsyan bildirib ki, əvvəllər məhkum olunmayıb, məhkəmədən göndərilən sənədləri alıb və tanış olub: "Ali hərbi təhsilim var. Mühəndis istehkam qoşunlarında çalışmışam".
Daha sonra digər təqsirləndirilən V.Rafaelyan deyib ki, Ermənistanın Üçmüədzin şəhərində yaşayıb: Ailəliyəm, iki oğlum var, əvvəllər məhkum olunmamışam. Mühəndis istehkam qoşunlarında çalışmışam".
Məhkəmədə təqsirləndirilən şəxslərin diqqətinə çatdırılıb ki, onlar istədiyi müdafiəçiyə malik ola bilər və ya müdafiəçidən imtina da edə bilərlər. Eyni zamanda, onlara məhkəmədə vəzifələri haqqında məlumat verilib.
Qeyd olunub ki, dövlət ittihamçısı Zaur Qasımov olacaq.
Məhkəmədə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq bildirib ki, hazırda müdafiə etdiyi şəxslərin cinayət əməli sübuta yetirilməyib, onlar təqsirsiz sayılırlar, qandalları açılmalıdır.
Vəsatətə növbəti iclasda baxılacaq.
Məhkəmənin növbəti iclası dekabrın 24-nə təyin edilib.
15.06
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilir.
Hazırda iclas davam edir.
Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya