“Tərtərdə məktəbə hücum olub” xəbərinə DİN-dən RƏSMİ REAKSİYA
Yusif Nəzərli
08:10 11.12.2021
Cəmiyyət
742
Bəzi KİV-lərdə Tərtər rayonunun Şıxarx qəsəbəsindəki məktəbə hücum edilməsiylə bağlı yayılan iddialar təsdiqini tapmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, Tərtər rayon Şıxarx qəsəbəsindəki 2 saylı tam orta məktəbə hücum edilməsi ilə bağlı yayılan məlumat Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən araşdırılıb:
“Məktəbə hər hansı hücum olması ilə bağlı iddialar təsdiqini tapmayıb.
Qeyd etmək istərdik ki, Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimizə qarşı cavab tədbirləri görə bilməyən erməni hərbi birləşmələri evlərə və digər mülki obyektlərə raket və artilleriya zərbələri endiriblər. Bu atəşlər nəticəsində evləri zərər görmüş Şıxarx qəsəbə sakinləri və bir neçə köçkün ailələri həmin məktəbdə müvəqqəti yerləşiblər.
Ötən müddət ərzində yaşayış yerləri tam hazır olmayan bir neçə ailə hal-hazırda orada yaşayır. Məktəbdə avadanlıqlara ziyan dəyməsi və dağınıqlığın yaranması isə nəzarətsizlik səbəbindən baş verib”.
Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi