Tibbi sığorta ödənişlərini necə edəcəyik? – 5 manatını işçi, 5 manatını isə... - DETALLI İZAH
Ayyət Əhməd
12:37 04.01.2020
Cəmiyyət
770
Məlumdur ki, bu ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanır. 4 mərhələdə müxtəlif rayonlar üzrə fərqli müddətlərdə tətbiq olunacaq icbari tibbi sığortaya görə ödənişlər də 4 kateqoriyaya bölünür.
Sherg.az-ın xəbərinə görə, tanınmış iqtisadçı Qubad İbadoğlu sığorta ödənişlərinin şərtlərindən danışıb.
İqtisadçı deyir ki, birinci növbədə dövlət və neft sektorunda işləyənlər icbari tibbi sığortaya görə hesablanmış aylıq əməkhaqqı məbləğinin 4 faizi məbləğində ödəniş edəcəklər:
“Lakin bu ödəniş işçi və işəgötürən arasında bərabər paylanacaq. Belə ki, işçilər və işəgötürənlər müvafiq olaraq ayrı-ayrılıqda hesablanmış aylıq əmək haqqı məbləğinin 2 faizi məbləğində ödəniş edəcəklər. Məsələn, dövlət və neft sektorunda işləyən 500 manat əməkhaqqı alırsa, icbari tibbi sığortaya görə 20 manat ödəniləcək ki, onun da 10 manatı işçinin maaşından, 10 manatı isə işəgötürənin hesabından çıxılacaq.
Qeyri-dövlət və qeyri-neft sektorunda işləyənlər isə icbari tibbi sığortaya görə hesablanmış aylıq əməkhaqqı məbləğinin 2 faizi məbləğində ödəniş edəcəklər. Lakin bu ödəniş də işçi və işəgötürən arasında bərabər paylanacaq. Belə ki, onların hər biri hesablanmış aylıq əməkhaqqı məbləğinin 1 faizini tibbi sığorta fonduna ödəyəcək. Məsələn, qeyri-dövlət və qeyri-neft sektorunda işləyən 500 manat əmək haqqı alırsa, icbari tibbi sığortaya görə 10 manat ödəniləcək ki, onun da 5 manatı işçinin maaşından, 5 manatı isə işəgötürənin hesabından çıxılacaq.
Sahibkarlıq faəliyyəti ilə məşğul olan fiziki şəxslərə gəlincə, onların mövcud qanunvericiliyə əsasən icbari tibbi sığorta ayırmalarının məbləği minimum aylıq əməkhaqqının 4 faizini təşkil edir. Hazırda ölkədə minimum aylıq əməkhaqqı 250 manat olduğuna görə müvafiq olaraq icbari tibbi sığorta ayırmalarının aylıq məbləği 10 manat təşkil edəcək.
Mülki hüquqi müqavilələr əsasında işlər (xidmətlər) yerinə yetirən şəxslərin tibbi sığorta fonduna aylıq ödənişi onların imzaladığı mülki hüquqi müqavilələr əsasında gördüyü işlər (xidmətlər) dövriyyəsinin 2 faizinə bərabər olacaq. Belə ki, müqavilə dəyəri 1000 manat olduğu halda aylıq ödəniş 20 manat, 1500 manat olduğu halda aylıq ödəniş 30 manat olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya