Meyxanaçı Xosrov Maştağalı həmkarı Rəşad Dağlı ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Kult.az Milli.az-a istinadla xəbər verir ki, sənətçi Rəşad Dağlı ilə əlaqələrinin davam etdiyini və onunla vaxtaşırı telefon vasitəsilə danışdıqlarını bildirib.
Xosrov Maştağalının sözlərinə görə, meyxanaçı dostlarını unutmur və onun vəziyyəti ilə daim maraqlanırlar.
O qeyd edib ki, toy məclislərində toplanan şabaşlardan müəyyən məbləğ ayrılır və bu vəsait həmkarlarının adından Rəşad Dağlıya göndərilir.
Xosrov Maştağalı bildirib ki, bu addım dostluq və həmrəylik nümunəsi kimi atılır və meyxanaçılar bu məsələdə birlik nümayiş etdirirlər.
Onun açıqlaması sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər meyxanaçıların həmkarlarına göstərdikləri dəstəyi yüksək qiymətləndirərək müxtəlif fikirlər səsləndiriblər.