Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə!
17:55 22.12.2023
Cəmiyyət
567
Ölkəmizin İstanbuldakı Baş Konsulluğu Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının qarşıdan gələn növbədənkənar Prezident seçkilərində iştirakı ilə bağlı məlumat yayıb.
Axar.az xəbər verir ki, Baş Konsulluğun rəsmi internet səhifəsində yerləşdirilən məlumatda bildirilir:
“2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulluğunun əhatə dairəsində daimi yaşayan, müvəqqəti olan və ya uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, fəal seçici hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunması məqsədilə 2023-cü il dekabrın 29-dək aşağıda qeyd olunmuş məlumatları qeydiyyat_istanbul@mfa.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur:
1. Soyad, ad, ata adı;
2. Doğum tarixi (gün, ay, il);
3. Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşadığı ünvan”.
Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media