Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
Yusif Nəzərli
08:21 19.03.2022
Cəmiyyət
583
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bu gün saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, qar örtüyü əmələ gəlib.
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 80 sm, Xaltanda 47 sm, Altıağacda 46 sm, Şahdağda 39 sm, Kişçay (Şəki) 32 sm, Şəki, Lerikdə 20 sm, Şamaxıda 18 sm, Qrızda 17 sm, Daşkəsəndə 15 sm, İsmayıllıda 11 sm, Göygöl, Quba, Qusar, Ağdərədə (Ordubad) 10 sm, Yardımlıda 5 sm olub.
Düşən yağıntının miqdarı Göytəpədə 27 mm (aylıq normanın 46 %-i), Xaltanda 17 mm (aylıq normanın 41 %-i), Qax, Tərtərdə 15 mm, Kürdəmirdə 14 mm (aylıq normanın 41 %-i), Sarıbaşda (Qax) 13 mm, Astara, Kişçay (Şəki), Göyçay, Ağdamda 11 mm, Yardımlı, Şabran, Lerik, Altıağac, Quba, Oğuz, Qəbələdə 10 mm, Lənkəranda 9 mm, Bərdə, Naftalanda 8 mm, Qusar, Ağsu, Beyləqan, İmişli, Şəkidə 7 mm, Cəfərxan, Biləsuvar, Yevlaxda 6 mm, Qrız, Balakən, Sabirabad, Ağdərədə (Ordubad) 5 mm, Şamaxı, Zərdab, Qobustan, Şəmkirdə 4 mm, Şahdağ, Tovuzda 3 mm, Ağstafa, Gəncə, Göygöl, İsmayıllı, Ceyrançöldə 2 mm, Salyan, Hacıqabul, Neftçala, Daşkəsən, Gədəbəy, Ələt, Sədərəkdə 1 mm, Maştağada 9 mm (aylıq normanın 34 %-i), Bakıda 8 mm (aylıq normanın 34 %-i), Binədə 6 mm, Sumqayıtda 3 mm, Pirallahı, Çilov adasında 1 mm-dək olub.
Qərb küləyi Gəncə, Tovuzda 24 m/s, Neftçala, Hacıqabul, Şəki, Ceyrançöldə 20 m/s, Culfa, Göyçayda 19 m/s, Şahbuz, Salyanda 18 m/s, Sabirabad, Ağdərədə (Ordubad) 17 m/s, Şirvan, Naxçıvanda 16 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 16 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,5 metrə çatıb.
Havanın temperaturu martın 18-də Bakıda iqlim normasından 4 dərəcə aşağı olub, minimalı temperatur Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 15 dərəcəyədək şaxta, aran rayonlarında 6 dərəcəyədək isti olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 25-dək davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya