Zahid Oruc: "Sığorta sektorunun inkişafı baxımından əksər ölkələrdən geri qalırıq"
Yusif Nəzərli
07:03 17.07.2023
Cəmiyyət
418
"Azərbaycan sığorta sektorunun inkişafı baxımından əksər ölkələrdən geri qalır".
"Report" xəbər verir ki, bunu Sosial tədqiqat Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "Sığorta mübahisələrinin uğurlu həll yolları" mövzusunda Elmi-Praktik Konfransda bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycanda sığorta bazarı ümumi daxili məhsulda (ÜDM) cəmi 0,7 % paya malik olub, bu isə 2021-ci ilə nisbətən 0,2 % azdır.
"Halbuki, ötən il Avropa ölkələrində bu nisbət orta hesabla 3,9 % təşkil edib. Başqa sözlə, Azərbaycan Avropa ölkələrindən 5 dəfədən çox geri qalır. Hətta Gürcüstan sığorta sektorunun inkişafına görə Azərbaycandan öndədir. 2022-ci ildə Gürcüstanda sığorta haqları ÜDM-in 1,3 %-i, Ermənistanda isə ÜDM-in 0,7 %-i qədər olub", - deyə Z.Oruc qeyd edib.
Bundan başqa, sədr deyib ki, sığortanın inkişafı xüsusilə kənd təsərrüfatının inkişafı üçün vacibdir.
"Sığortanın inkişafında mühüm məsələlərdən biri sığorta məhsullarının sayının artırılmasıdır. Bu baxımdan "Aqrar sığorta haqqında" qanunun qəbulu önəmlidir. Belə ki, məşğul əhalinin təxminən 40 %-i kənd təsərrüfatı sahəsində çalışır, həm fermerlər, həm də sığorta şirkətləri üçün maraqlı və cəlbedici sığorta modeli olmalıdır".
Onun sözlərinə görə, sığortalanma təşəbbüsü iqtisadiyyatın bir sahəsini deyil, bütün sahələrini əhatə etməli, bunun üçun proqramlar hazırlanmalıdır: "Xüsusilə, xidmət, turizm, idman va sair sahələrdə fəaliyyət göstərən subyektlərin sığortaya cəlb edilməsi bazarda dinamikanı artırar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol