“Zəfər Salnaməsi” işıq üzü gördü
Turan
10:14 07.08.2021
Cəmiyyət
535
Kitab daxili və xarici oxucu auditoriyası üçün nəzərdə tutulub
İkinci Qarabağ müharibəsindəki Şanlı Qələbəmizə həsr olunmuş “Zəfər Salnaməsi” adlı kitab nəşr olunub. Daxili və xarici oxucu auditoriyasını əhatə etmək üçün xronika 3 dildə - Azərbaycan, ingilis və rus dillərində tərtib edilib. Kitab Prezident Administrasiyası və “IRS Publishing House”un birgə səyləri ilə hazırlanıb. Kitabda “IRS Publishing House”, Müdafiə Nazirliyi və AZƏRTAC-ın çəkdiyi fotoşəkillərdən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Geodeziya və Kartoqrafiya” MMC-nin xəritələrindən istifadə olunub.
“Zəfər salnaməsi”nin mərkəzi ideyası Vətən müharibəsinin gedişini, həmin ərəfədə baş verən prosesləri, müharibədən sonrakı qayıdışı günbəgün xronika formatında izləməkdir. Kitabı oxuyarkən Zəfərin əsas formulu kimi Prezident, Ali Baş Komandan İlham Əliyevin dönməz siyasi iradəsini, proseslərə strateji baxış və sistemli yanaşmasını, son 17 ildə yürütdüyü daxili və xarici siyasətin, ölkənin illər ərzində toplanmış iqtisadi gücünün siyasi, diplomatik və hərbi gücə transformasiyasını görürük.
Həmçinin, erməni işğalı ilə barışmayan xalqımızın və yetişmiş gənc nəslin torpaqlarımızı azad etmək əzmi, Prezident-xalq-ordu birliyinin vahid dəmir yumruqda birləşməsinin şahidi oluruq.
Son illər baş vermiş hadisələr, proseslərin intensivliyi və mahiyyəti Prezidentin bütün fəaliyyətinin məhz torpaqların işğaldan azad olunmasına yönəldiyini bir daha nümayiş etdirir. Proseslərin gedişini və ardıcıllığını daha müfəssəl təqdim etmək üçün kitab 3 hissəyə bölünüb.
“Ərəfə” adlanan birinci hissə 2016-cı il aprel döyüşlərindən 2020-ci ilin sentyabrınadək olan dövrü əhatə edir.
Bu müddət ərzində Azərbaycanın şanlı qələbəsinə aparan addımlar təsvir edilir. Ali Baş Komandan İlham Əliyevin ordunun möhkəmləndirilməsi, ölkənin iqtisadi gücünün daha da artırılması, beynəlxalq səviyyədə Azərbaycanın haqlı mövqeyinin ortaya qoyulması istiqamətində atdığı ardıcıl və davamlı addımlar əks olunur.
“Vətən müharibəsi” adlı ikinci hissə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan qısa dövr ərzində həm döyüş meydanında, həm arxa cəbhədə, həm diplomatiya müstəvisində və həm informasiya məkanında Azərbaycanı qələbəyə aparan mübarizə əks olunur.
Burada Ali Baş Komandanın dünya liderləri ilə danışıqlar zamanı, xarici media nümayəndələrinə verilən müsahibələrdə prinsipial mövqeyi, Azərbaycanı 44 gün ərzində qələbəyə aparan yol təsvir olunur.
Sonuncu, “Qayıdış” adlı hissədə isə 30 illik işğalın real nəticələri işıqlandırılır.
Ermənistan tərəfindən Azərbaycan torpaqlarında həyata keçirilmiş urbisid, ekosid, mədəniyyət və dini abidələrin məhv edilməsi və digər qanunsuz əməllərin nəticələri təqdim olunur. Bakının Azadlıq meydanında qələbəyə həsr olunmuş Zəfər paradına xüsusi yer ayrılır, habelə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin qısa müddət ərzində start verdiyi quruculuq və bərpa işləri barədə məlumat təqdim edilir.
“Zəfər salnaməsi” xronika formatında olduğu üçün Böyük qayıdışla bağlı nəşrin davamı nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sözümüz bir olsa…
17:49 12.08.2026
Gündəm
Avropadakı quraqlıq Azərbaycana da dərs verdi - EKSPERT
17:34 12.08.2026
Aktual
Bəzi yerlərə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
17:26 12.08.2026
Ekologiya
İordaniya İrana xəbərdarlıq etdi
17:13 12.08.2026
Dünya
Ramanada atasının qətlində təqsirləndirilən şəxsə cəza istənilib
16:54 12.08.2026
Hadisə
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə