"Zibilliyə atın!"
Yusif Nəzərli
00:36 08.12.2022
Cəmiyyət
380
Anası tərk etdi, ailəsinin sözləri qan dondurdu
Doğuşdan SMA (qan xərçəngi) xəstəsi olan 20 aylıq Göktuğ ana şəfqətinə möhtac qalıb. Xəstə olduğu bilindikdən sonra anası körpəni tərk edib. “Ana”nın atası – körpənin babası da zalımcasına davranaraq xəstə körpəni istəmədiklərini deyib və “aparın, zibilliyə atın”, söyləyib. Həkimlərin SMA 1 növ diaqnozu qoyulmuş körpə həyat mücadiləsi verir. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, körpənin anası Bədriyyə Dərə diqnozu bildikdən sonra həyat yoldaşından ayrılaraq atası evinə gedib. Həkimlərin “körpənin anasına ehtiyacı var” israrına baxmayaraq qadın geri qayıtmayıb. Körpənin atası Atakan Altunöz körpəni babasının evinə apardıqda baba da xəstə körpəni istəmədiklərini deyib. Yaşanan bu olay həmin vaxt orada olan bir nəfər tərəfindən mobil telefon vasitəsilə videoya çəkilib. Videoda babanın “biz bu körpəni istəmirik, nə edirsiz, edin, aparın, zibilliyə atın” söylədiyi əksini tapıb.
Aldığı cavabdan dəhşətə gələn ata, çarəsiz qalaraq körpəni yenidən evə gətirib. Hazırda Göktuğ körpə üçün yardım kampaniyası davam edir. A.Altunöz deyib ki, körpəyə 7 aylığında bu diqnoz qoyulub.
Bir neçə aydır ki, yardım kampaniyası başladılıb. Bu müddət ərzində körpənin müalicəsi üçün gərəkən maddi yardımın 76 faizi toplanıb. “Mənim yeganə arzum körpəmin sağalmasıdır. Anası, “mən bu uşağa baxa bilmərəm” deyib atasının evinə getdi. Açıqca söylədilər ki, xəstə uşağı istəmirlər. Hətta ölsə, sevinərlər”, söyləyən ata Atakan Altunöz bütün Türkiyədən, xeyirxah insanlardan körpəsi üçün yardım istəyib.
“Göktuğun müalicəsi xarici ölkədə mümkündür. Müalicə üçün gərəkən miqdarın 76 faizi toplanıb, 24 faizi qalıb. Mən xeyirxah insanlara üz tuturam. Körpəmin sağalmasına yardım etsinlər. Özüm üçün heç nə istəmirəm. Tək istəyim körpəmin sağalmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm