
ABŞ açıq mesaj verir
06:37 05.09.2024
Siyasət
292
Gürcüstanda keçiriləcək parlament seçkisini dövlət çevrilişi kimi nəzərdən keçirirlər
Konstitusiyanı pozan Salome Zurabişvili Gürcüstanın prezidenti deyil. Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib. Baş nazir bildirib ki, Konstitusiya Məhkəməsi Salome Zurabişvilinin qeyri-legitim prezident olduğunu, onun konstitusiyanı pozan prezident olduğunu müəyyən edib: "Salome Zurabişvilinin prezident postunu formal olaraq saxlamasının yeganə səbəbi Milli Hərəkata (müxalif partiya – red.) dəstəyidir". Kobaxidze vurğulayıb ki, Gürcüstanda radikal müxalifətçilər oktyabrın 26-na təyin edilmiş parlament seçkilərindən əvvəl və sonra iğtişaşlar törətmək üçün təxribatlar hazırlayırlar: “Bizdə məlumat var ki, radikal müxalifət sosial narazılığa səbəb ola biləcək belə bir ssenarinin hazırlanmasını fəal şəkildə nəzərdən keçirir. Biz hər kəsə ciddi xəbərdarlıq edirik ki, Gürcüstanda iğtişaş törətmək cəhdi ciddi şəkildə cəzalandırılacaq. Müxalifətin seçkilərdə qalib gəlməyə ümidi yoxdur və buna görə də seçkilərdən sonra iğtişaşlara hazırlaşır. Tamamilə aydındır ki, onlar növbəti dəfə seçkinin nəticələrini tanımayacaqlar, dövlət institutlarına hücuma keçəcəklər, ölkəni darmadağın etməyə çalışacaqlar ki, bu da onların hesablamalarına görə, hakimiyyət dəyişikliyinə gətirib çıxarmalıdır”. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller isə qeyd edib ki, ABŞ Gürcüstandakı “Xarici agentlər haqqında” qanuna görə ölkəyə yeni məhdudiyyətlərin ola biləcəyini istisna etmir. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti Vaşinqtonda narahatlıq doğuran istiqamətdə irəliləməkdə davam edir: “Biz bu qanunun könüllü qeydiyyatdan keçmək istəməyən hüquqi şəxslərə, o cümlədən mülki təşkilatlara və müstəqil mediaya tətbiqindən narahatıq. Bundan sonra da tədbirlərin görüləcəyini istisna etmirəm”. Xatırladaq ki, oktaybrın 26-da Gürcüstanda parlament seçkisi keçiriləcək.
Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu deyib ki, Qərb dövlətləri, xüsusən ABŞ açıq mesaj verməkdədir ki, Gürcüstanda keçiriləcək parlament seçkisini dövlət çevrilişi kimi nəzərdən keçirirlər. Professorun sözlərinə görə, Gürcüstanda 25 mindən artıq QHT mövcuddur və onlar xaricdən gələn maliyyə əsasında öz fəaliyyətlərini qururlar:

"Onlar Qərbin Gürcüstandakı bələdçisi rolunda çıxış edirlər. Qərbi də qıcıqlandıran məsələ ondan ibarətdir ki, Gürcüstan ərazisində yeni agentlər şəbəkəsini itirməkdədir: "Qərbin neoimperializm siyasətinin mahiyyəti ondan ibarətdir ki, ayrı-ayrı ölkələrdə rejim dəyişikliyini həyata keçirirlər və bu rejim vasitəsilə müxtəlif xarakterli resurslarını özlərinin geosiyasi ambisiyalarının təmin edilməsi istiqamətində sərf edirlər. Ona görə də Cənubi Qafqaz regionunda növbəti olaraq Gürcüstan hədəfdədir. Ölkədə keçiriləcək parlament seçkisinə qonşu gürcülərlə yanaşı, Qərb də hazırlıq görməkdədir. Qərb parlament seçkisindən istifadə edərək Gürcüstanda rejim dəyişikliyinə cəhd etməyə hazırlaşır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya