Boçorişvili: Gürcüstan öz potensialından tam istifadə edəcək ki, Azərbaycanla Ermənistan arasında sülh əldə olunsun

“Gürcü Arzusu” hakimiyyətdədir və bu partiyanın maraqları hökumət proqramında əks olunub”.
Sherg.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Gürcüstanın prioritetləri Avropa və Avro-Atlantik strukturlara inteqrasiyadır: “Gürcüstan Aİ-nin namizəd ölkəsidir və bu istiqamətdə addımlar atmalıyıq ki, son məqsədimizə çataq. Bunun üçün həm Aİ, həm də Gürcüstan tərəfindən işlər görülməlidir. Bizim üçün eyni zamanda, qonşu ölkələrlə əlaqələr çox mühüm əhəmiyyətə malikdir. Qonşularla əlaqələr çox əhəmiyyətlidir. Bizim Ermənistanla da strateji tərəfdaşlığımız var və bu da əhəmiyyətlidir. Gürcüstan lazım olarsa, öz potensialından tam istifadə edəcək ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunsun”.