Kreml “rus dili”ni rıçaq kimi istifadə edir - RƏY
01:19 17.07.2025
Siyasət
442
Yeni fərmanla Putinin xarici müdaxilə planı rəsmiləşir
"Ukraynada uduzulan müharibə fonunda Rusiyanın hərbi gücünün dünya ağalığı üçün və supergüc kimi qəbul olunmaq üçün yararsızlığını anlayan Putin, indi də rus dilinin və "rus aləmi"nin xaricdə təbliği, rusdillilərin müdafiəsi yoluyla ekspansiya siyasətini davam etdirmək qərarına gəlib".
Bunu araşdırmaçı-jurnalist Bəybala Mirzəyev deyib.
Ekspert bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin 11 iyulda “Dövlət dil siyasətinin əsasları”nı təsdiq edən fərman imzalaması bu həqiqəti təsdiqləyir: "Putinin bu sənədi imzalaması ilk növbədə postsovet ölkələrinə müdaxilə etmək üçün zəmin hazırlamağa xidmət edir. Fərmanın məqsədləri sırasına rus dilinin beynəlxalq miqyasda mövqeyinin möhkəmləndirilməsi ilə yanaşı, Rusiya dövlətinin yalnız öz sərhədləri daxilində deyil, xaricdə də rus dilinin qorunmasını öz üzərinə öhdəlik kimi götürməsi xüsusilə ciddi narahatlıq doğurur. Belə ki, hər hansı bir ölkədə rus dilinə qarşı “təhdid və ya diskriminasiya halları” baş verərsə, Moskva bunu müdaxilə üçün əsas sayacaq. Bu, o deməkdir ki, Kreml bundan sonra istənilən ölkədə (Baltik ölkələrində, Moldovada, Qazaxıstanda, habelə Cənubi Qafqaz respublikalarında) rus dilinə qarşı uydurma "diskriminasiya"ları bəhanə edərək həmin ölkənin daxili işlərinə qarışmağa çalışacaq, suverenliyini təhdid edəcək. Yeri gəlmişkən, bugünlərdə Kremldən Ümumrusiya İctimai rəyin öyrənilməsi Mərkəzinə tapşırıq verilib ki, Azərbaycan, Özbəkistan və bir sıra digər ölkələrdə rus dilinin tədrisi və təbliği sahəsində vəziyyətin öyrənilməsinə başlanılsın".
B.Mirzəyevin fikrincə, siyahıda Azərbaycan və Özbəkistanın adlarının lap başda gəlməsi isə qətiyyən təsadüfi deyil:
"Çünki son vaxtlar hər iki türk dövlətində Rusiyanın neoimperiya silahına çevrilməkdə olan rus dilinə qarşı neqativ ictimai rəy formalaşmağa başlayıb. Məhz bu amili nəzərə alaraq Kreml rus dili faktorundan Azərbaycana və digər türk dövlətlərinə qarşı təzyiq rıçaqı kimi istifadə etməyə çalışacaq. Postsovet ölkələri Kremlin dil imperializmini önləmək və neytrallaşdırmaq üçün səylərini mütləq birləşdirməlidirlər. Orta əsrlərin barbar dövlətləri kimi hələ də işğalçı müharibələrə üstünlük verməyə davam edən Rusiyanın rus dilindən təcavüz vasitəsi kimi istifadə etməsinə əsla yol vermək olmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə