
Köçəryan və Sərkisyanın revanşist illüziyası Ermənistanı xaosa sürükləyir -ŞƏRH
13:05 23.10.2025
Cənubi Qafqaz
690
Köçəryan və Sərkisyanın revanşist illüziyası, əslində, Ermənistanın keçmişdə apardığı yanlış və destruktiv siyasətin davamı kimi qiymətləndirilə bilər. Onlar hələ də reallığı qəbul etmək istəmir, 44 günlük müharibə nəticəsində yaranmış yeni geosiyasi vəziyyəti inkar edirlər. Bu şəxslər regionda sabitliyin bərqərar olmasında maraqlı deyil, əksinə, qarşıdurmanı yenidən canlandırmaq və Ermənistanda radikal dairələrin mövqeyini gücləndirmək istəyirlər. Məhz bu səbəbdən onların ritorikasında “itirilən torpaqlar”, “erməni kimliyinin müdafiəsi” və “qisas” kimi populist çağırışlar mühüm yer tutur. Köçəryan və Sərkisyan öz siyasi gələcəklərini yalnız gərginlik üzərində qurmağa çalışdıqları üçün, sülh və əməkdaşlıq prosesinə qarşı təbliğat aparırlar. Onlar sistemli şəkildə Qarabağ ermənilərini öz məqsədlərinə alət edir, kilsə institutundan isə cəmiyyət üzərində təsir vasitəsi kimi istifadə etməyə cəhd göstərirlər. Bu yolla həm ictimai fikri manipulyasiya edir, həm də Ermənistanın reallıqdan uzaq siyasi xəttini davam etdirmək istəyirlər.
Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a bildirib ki, Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüslərini qəbul etməkdən başqa yolu qalmayan Ermənistan hökuməti bu prosesin özü üçün faydalarını anlamağa başlayıb:

"Lakin Ermənistan dövlətində Azərbaycanla normallaşma gündəliyi ilə revanşist ideologiya arasında ziddiyyət mövcuddur. Buraya revanşistlər, köhnə Qarabağ klanı və revanşist ideologiyanı dəstəkləyən, uzun illər bu sistemi maliyyələşdirən və xaricdə lobbiçilik fəaliyyəti ilə məşğul olan şəxslər daxildir. Onların 2023-cü ilin sentyabrına qədər müəyyən ümidləri olsa da, aparılan antiterror tədbirləri bu xam xəyalları birdəfəlik alt-üst etdi. Lakin bu gün də revanşist ruhlu insanlar, xüsusilə Robert Köçəryan və Serj Sarkisyan kimi siyasi reputasiyası zəiflədilmiş fiqurlar, Ermənistan əhalisinə- Qarabağdan gələn ermənilərə müəyyən təsir imkanlarını saxlayır və Nikol Paşinyan hökuməti ilə mübarizədə görünür. Görünən odur ki, Ermənistan hökuməti həmin dairələrin təsirini aradan qaldırmaq üçün daxildə siyasi islahatlar həyata keçirir. Bu çərçivədə seçki sistemi, məhkəmə və hüquq-mühafizə orqanlarında təmizləmə işləri aparılır.
Təbii ki, bu addımlar kifayət deyil".
Analitik əlavə edib ki, Ermənistanın hüquqi-normativ aktlarında Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır:
"Bu qeydlər keçmiş Ermənistan rəhbərlərinin revanşist əl işidir və bugünkü hakimiyyətin normallaşma siyasəti ilə ziddiyyət təşkil edir. Ona görə də Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsi zəruridir. Eyni zamanda, təhsil və maarifləndirmə sahəsində gənc nəsillərə Azərbaycanla bağlı nifrət nitqinin yerinə tolerantlıq və sülh dəyərlərinin aşılanması vacibdir. Çünki gələcək nəsil ölkənin əsas hərəkətverici qüvvəsidir. Kilsənin Ermənistandakı rolunu nəzərə alaraq, onun siyasətdəki mənfi təsiri də azaldılmalıdır. Buna görə də Azərbaycanın səmimi siyasi təşəbbüsləri Ermənistan tərəfindən konstruktiv dialoq və qarşılıqlı etimad prinsipləri ilə dəstəkləməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecə Rusiyada 430 Ukrayna PUA-sı vurulub
09:45 09.11.2026
Dünya
Tünd kişmiş cavanlaşdırır
09:41 09.11.2026
Sağlamlıq
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
09:27 09.11.2026
İqtisadiyyat
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv fərmanları imzalayacaq
08:58 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region