Ermənistan hökuməti Müstəqillik bəyannaməsində müəyyən problemlər görür
09:59 29.10.2025
Cənubi Qafqaz
390
Ermənistan Baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan Ermənistanın Müstəqillik bəyannaməsində müəyyən problemlər görür.
APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Arutyunyan parlamentdə jurnalistlərlə söhbətində bildirib.
“Mən hesab edirəm ki, Müstəqillik bəyannaməsində müəyyən problemlər var”, - Arutyunyan qeyd edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan 2024-cü ilin noyabrında bəyan edib ki, o, Ermənistanın Müstəqillik bəyannaməsinin məzmununda Ermənistan Respublikasının mövcud ola bilməyəcəyi qənaətinə gəlib: “Son illər bizim Müstəqillik bəyannaməmizi bir neçə dəfə oxumuşam. Və belə bir nəticəyə gəlmişəm ki, həmin Müstəqillik bəyannaməsinin məzmunu Ermənistan Respublikasının mövcud ola bilməyəcəyindən ibarətdir. Və bu, bizim ən böyük problemimiz və faciəmizdir”, - Paşinyan bildirib.
Qeyd edək ki, Müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır.
Belə ki, Müstəqillik haqqında bəyannamədə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var.
Azərbaycan isə buna kəskin etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm