
Analitik: AP Gürcüstana qarşı təzyiq mexanizmi formalaşdırmaq niyyətindədir
12:51 04.06.2025
Cənubi Qafqaz
411
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Gürcüstanla bağlı hesabat layihəsini düzəlişlərlə qəbul edib. Sənəd 55 deputat tərəfindən dəstəklənib, 14 nəfər əleyhinə, 4 nəfər isə bitərəf səs verib.
Hələlik yekun variant yayımlanmasa da, deputat Rasa Yunkeviç tərəfindən təqdim olunmuş ilkin layihəyə əsasən, Avropa Parlamenti Gürcüstan hakimiyyətinin Avropaya inteqrasiya üçün təqdim edilmiş tarixi fürsətdən istifadə etməməsindən narahatlığını ifadə edir. Bildirilir ki, əhalinin əksəriyyəti Aİ-yə inteqrasiyanı dəstəkləsə də, rəsmi Tbilisi Avropa Komissiyasının irəli sürdüyü əsas tələblər üzrə geriləyib.
Hesabatda demokratik geriləmə, antidemokratik qanunlar, dinc etirazçılar və media nümayəndələrinə qarşı repressiyalar kəskin tənqid olunur. Sənəddə həmçinin "Gürcü Arzusu" partiyasının təsisçisi Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi təklif edilir.
Siyasi şərhçi Kazım Kazımov Sherg.az-a bildirib ki, Avropa Parlamentinin Gürcüstanla bağlı hazırladığı hesabat layihəsinə edilən düzəlişlər açıq şəkildə siyasi xarakter daşıyır:

"Bu dəyişikliklər, xüsusilə "Gürcü Arzusu" hakim partiyasının xarici agentlərlə bağlı qanunvericilik təşəbbüsünü qəbul etməsindən, həmçinin ölkədə Qərblə sıx əməkdaşlıq edən bəzi QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasından sonra Tbilisi ilə Avropa qurumları arasında münasibətlərin xeyli gərginləşməsi fonunda ortaya çıxıb. Belə vəziyyətdə Avropa Parlamenti, sanki Gürcüstanın daxili siyasətinə təsir göstərmək və təzyiq mexanizmi formalaşdırmaq niyyətindədir. Bununla belə, bu cəhdlərin real və ciddi nəticələr verəcəyi ehtimalı olduqca azdır".
Şərhçinin sözlərinə görə, hazırda Gürcüstanda yeni bir siyasi yanaşma formalaşmaqdadır:
"Rəsmi Tbilisi artıq başa düşür ki, Qərbə inteqrasiya strategiyası əvvəlki illərdəki qədər perspektivli və reallaşdırıla bilən deyil. Buna görə də ölkə rəhbərliyi xarici siyasətdə daha balanslaşdırılmış, neytral mövqe tutmağa üstünlük verir. Bu isə Gürcüstanın həm regional, həm də beynəlxalq siyasətdə daha müstəqil xətt yürütmək istədiyini göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya