Balasanyan üzə çıxdı, qalmaqallı açıqlama verdi

“Vitali Balasanyan və onun kimilər Ermənistanın hansısa dövlətdə quberniya olmasını istəyirlər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hayk Koncoryan deyib.

“Ay cibgirlər, "İttifaq Dövləti" istəyirsiniz? Ağlınızı çörəklə birlikdə yemisiniz? Gəlib “Troya atı” kimi Ermənistanda yerləşmisiniz və istəyirsiniz ki, Ermənistanı xırda pul kimi başqasının ayaqları altına atasınız? Danışmağı bilmirsiniz, susmağı da bacarmırsınız?”, - o bildirib.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da Vitali Balasanyana təpki göstərib:

“Mən Samvel Karapetyanın tərəfdarından başqa mövqe də gözləmirdim. Xatırlayırsınızmı, deyirdim ki, “Vətəndaş Müqaviləsi” qalib gəlməsə, müstəqillik olmayacaq? Məhz buna görə deyirdim”.

Xatırladaq ki, ləğv edilmiş separatçı rejimin “keçmiş təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan gərgin regional vəziyyət fonunda Ermənistan Rusiya ilə "İttifaq Dövləti"ndə birləşməli olduğunui deyib.

“Ermənistan İranla çox yaxşı münasibətlər saxlamalı və “İttifaq Dövləti”nin bir hissəsi olmalıdır. İndi buna hansı adı verəcəklərini bilmirəm, amma Sovet İttifaqında olduğu kimi olmalıdır”.