Ermənistanın Baş Qərargah rəisi: Sərhəddə vəziyyət nisbətən sabitdir

“Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan deyib.
“Ermənistan-Azərbaycan sərhədində vəziyyəti nisbətən stabil qiymətləndirirəm”, - Baş Qərargah rəisi jurnalistin müvafiq sualına cavabında bildirib.