İrəvanda silahlı atışma baş verib və xəsarət alanlar var.
Axar.az xəbər verir ki, bu barədə Şamşyan.com məlumat yayıb.
Bildirilib ki, hadisə Vaqarşyan küçəsindəki (Arabkir rayonunda) həyətdə qeydə alınıb.
Bundan əlavə, “Mersedes”, “Jeep” və “Opel” toqquşub. Hadisə yerində bir neçə zədələnmiş nəqliyyat vasitəsi, eləcə də qan izləri aşkar edilib.
Çağırışa polis və iki təcili yardım briqadası cəlb edilib. İki yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.