
Moskva bunu “strateji xəyanət” sayır: “Spayka” böhranı həm də siyasi xəbərdarlıqdır
10:33 02.09.2025
Cənubi Qafqaz
542
“Spayka” böhranı Ermənistanın geosiyasi seçimlərinin nə qədər həssas olduğunu bir daha göstərdi
Rusiya hüquq-mühafizə orqanları Ermənistanın “Spayka” şirkətinin yüzlərlə yük maşınını heç bir səbəb olmadan Gürcüstanla sərhəddə saxlayıb. Bu barədə “Past” qəzeti məlumat yayıb. Nəşrin fikrincə, bu, təkcə hansısa şirkətə qarşı atılan addım deyil, Ermənistan iqtisadiyyatının ən həssas nöqtəsinə birbaşa zərbədir.
Rusiyanın yüzlərlə “Spayka” yük maşınını sərhəddə dayandırması təsadüfi deyil. Bu, birbaşa mesajdır: Moskva Ermənistanın xarici siyasətindəki tələskənliklərini cavabsız qoymayacaq. Rusiya baş nazirinin müavini Overçuk və digər rəsmilər artıq bu barədə birbaşa mətnlə xəbərdarlıq ediblər.
Bu vəziyyət Kremlin İrəvana qarşı təzyiq strategiyasının yeni mərhələsi kimi qiymətləndirilir. “Spayka” şirkətinin yük maşınlarının sərhəddə saxlanılması iqtisadi blokada və siyasi təzyiq vasitəsi kimi çıxış edir. Bu addım Moskvanın, Ermənistanın Qərbə doğru yönələn xarici siyasət kursunu dəyişdirmək üçün əlindəki iqtisadi alətləri istifadə etməyə hazır olduğunu göstərir.
Mövcud iqtisadi məhdudiyyətlər və regional şərait İrəvanın seçim imkanlarını ciddi məhdudlaşdırır.
Politoloq Tural İsmayılov Sherg.az-a Rusiya-Ermənistan münasibətlərinin hazırki vəziyyətindən danışıb:

"Rusiya hüquq-mühafizə orqanlarının Ermənistanın “Spayka” şirkətinə məxsus yüzlərlə yük maşınını Gürcüstan sərhədində saxlaması təsadüfi addım deyil. Bu, Moskvanın İrəvana yönəlik ciddi xəbərdarlıq jesti kimi oxunur. Əslində, iqtisadi münasibətlər sahəsində atılan hər addım siyasi mesaj daşıyır. Ermənistanın əsas ticarət xətlərindən biri məhz Rusiya üzərindən keçir və “Spayka” şirkəti ölkə iqtisadiyyatında mühüm rol oynayır. Bu şirkət Ermənistanın kənd təsərrüfatı məhsullarının əsas ixrac kanallarından biridir. Onun qarşısının alınması İrəvanın ən həssas sahəsinə birbaşa təzyiq deməkdir. Rusiya bir müddətdir Ermənistanın xarici siyasətdə Qərbə doğru yönəlməsindən narazılığını gizlətmir. Baş nazir Paşinyanın Avropa İttifaqı və ABŞ ilə yaxınlaşma cəhdlərini Moskva “strateji xəyanət” kimi qəbul edir. Bu səbəbdən də “Spayka” böhranı sırf iqtisadi yox, həm də siyasi xəbərdarlıqdır. Rusiyanın mesajı aydındır: “Əgər İrəvan Moskvanın maraqlarını nəzərə almasa, iqtisadiyyatın əsas damarları sıxılacaq”. Bu, təkcə “Spayka” şirkətinə yox, bütün Ermənistana ünvanlanmış təzyiq alətidir. Ermənistan cəmiyyətində də bu hadisə ciddi narazılıq və narahatlıq doğurur".
Politoloq Rusiyanın əvvəllər də oxşar metodlardan istifadə etdiyini bildirib:
"Enerji qiymətlərinin qaldırılması, gömrük-keçid məhdudiyyətləri və miqrantlarla bağlı qaydalar vasitəsilə Ermənistanı daim nəzarətdə saxlayıb. İndi isə mesaj daha sərtdir, çünki İrəvanın Qərbə meyli daha açıqdır. Maraqlıdır ki, rəsmi Moskva bu addımı hüquqi əsaslandırmaq əvəzinə, üstüörtülü “texniki səbəblər”lə izah etməyə çalışır. Bu isə Kremlin əsl məqsədinin siyasi olduğunu bir daha göstərir. Əgər məqsəd sadəcə gömrük prosedurları olsaydı, məsələ bu qədər miqyas almazdı.
Bundan sonra Ermənistan qarşısında seçim dayanır: ya Rusiyanın iqtisadi təzyiqlərinə dözəcək, ya da Qərblə inteqrasiyanı sürətləndirərək alternativ marşrutlar axtaracaq. Lakin hazırkı şəraitdə İrəvanın alternativləri kifayət qədər məhduddur".
Ekspert İran və Gürcüstan marşrutlarının Rusiya bazarının itkisinin əvəzini verə bilmədiyini söyləyib:
"“Spayka” böhranı Ermənistanın geosiyasi seçimlərinin nə qədər həssas olduğunu bir daha göstərdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial