
Politoloq: Ermənistan Rusiyanı Amerika və Fransaya dəyişərək daha çox güc əldə etməyə çalışır
11:19 16.01.2025
Cənubi Qafqaz
850
Yanvarın 14-də Ermənistanla ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq xartiyası Paşinyan hakimiyyətinin çatışmazlıqlarının əksidir. Bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib. Onun sözlərinə görə, xartiya gələcək əməkdaşlıq üçün əsaslı yol xəritəsi təqdim etməkdənsə, Ermənistanın təhlükəsizlik və suverenlik məsələlərinə, eləcə də demokratiya və idarəetmə məsələlərinin üstüörtülü qeydinə daha çox “qaranlıq qiymət” verir.
O bildirib ki, bu sənəd yəqin ki, Ermənistanın regional müttəfiqlərini narahat edəcək. ABŞ-la tərəfdaşlığa vurğu Avro-Atlantik strukturlara inteqrasiya işarələri ilə birlikdə Rusiya kimi əsas müttəfiqlərlə münasibətləri təhlükə altına qoyur. Bu cür dil ənənəvi tərəfdaşlıqdan uzaqlaşma və onsuz da qeyri-sabit olan geosiyasi vəziyyətdə gərginliyi daha da gücləndirmək kimi şərh edilə bilər. Digər problemli element ABŞ-ın regionda nəqliyyat əlaqələrini blokdan çıxarmaq və qonşuları ilə münasibətləri normallaşdırmaq çağırışıdır.
Politoloq Elşad Həsənov “Sherg.az”a söyləyib ki, Oskanyanın dediklərində həqiqət var, Ermənistan Rusiyadan qopmağa davam edir:

“Ermənistana Amerikanın, yəni Pentaqonun qüvvələrinin gəlməsi, gömrük və sərhəd məsələlərinin onlara buraxılması Rusiyaya yönəlmiş addım sayılır. Ümumiyyətlə Ermənistan 200 ildən çox müddət ərzində Rusiya tərəfindən yaradılan dövlətdir. Ermənilər Türkiyə və Azərbaycana qarşı satqınlıq etməklə Rusiyaya işləyiblər. Rusiya-Ukrayna savaşı başladıqdan sonra rəsmi Moskvanın zəifləməsini görən Nikol Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşmağa başladı. Ermənistan Kollektiv Müqaviləsi Təşkilatında fəaliyyətini dondurdu və iki ildən çoxdur KTMT-nin tədbirlərində iştirak etmir. Sadəcə olaraq iqtisadi cəhətdən Ermənistana fayda verən Avrasiya İqtisadi İttifaqında qalır və bunun sayəsində Rusiyanı sanksiyalardan qorumaq üçün onların hərbi sənayesinə lazım olan elektron cihazların alınmasında yardımçı rolunu oynayır. Həmçinin Rusiyanın qızılını xarici bazarlara çıxarır. Ona görə də Ermənistan və Rusiyanın ticari əlaqələri on altı milyarda çatıb. Amerika bu gün dünyanın ən supergüc ölkəsidir. Ermənistan da hər zaman güclü dövlətin yanında olaraq onlara xidmət etmək istəyir. Bu onların əsas prioritet təfəkkürüdür və genlərindən gəlir. Ancaq hesab edirəm ki, Ermənistanın əsas iqtisadi rıçaqları Rusiyanın əlindədir. Yəni qaz, elektrik enerjisi, dəmir yolu və ticari şirkətləri Rusiyaya məxsusdur. Buna görə də geosiyasi maraqlarını təmin etmək üçün Ermənistan ciddi gərginliklər yaşayacaq”.
Ekspert qeyd edib ki, Ermənistan Rusiyanı Amerika və Fransaya dəyişərək daha çox güc əldə etməyə çalışır:
“Digər tərəfdən Amerikanın da Cənubi Qafqazda maraqları var. Vaşinqtonun məqsədi Ermənistan vasitəsilə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır. Ermənistanın indiki rəhbərliyi “Soros Fondu”nun sayəsində hakimiyyətə gəldilər və onların dediklərini yerinə yetirirlər. Ermənistanla ABŞ arasında bağlanan strateji tərəfdaşlıq xartiyası Ermənistanın iç üzünü ortaya qoydu. Rusiya yaxın vaxtlarda əlində olan təsir rıçaqlarından Ermənistana qarşı istifadə edəcək. Belə olan halda vəziyyət daha da gərginləşəcək. Pentaqonun təlimatçıları və NATO-nun qüvvələri Ermənistan ordusuna təlimlər keçirlər. Eyni zamanda ötən il Pentaqonun iki təyyarəsi Zvartnots hava limanına yerləşdi və Sunikdə hərbi qurğular qurdular. Bütün bunlar gələcəkdə Cənubi Qafqazda vəziyyətin gərginləşəciyini göstərir. Yəni region ölkələri üçün problemlər yaranacaq. Ən böyük problem isə Amerikanın İrana qarşı strateji hədəflərinə çatmaq üçün Ermənistandan istifadə olunması olacaq. Ermənistanı indiyə qədər Rusiya kimi İran da dəstəkləyirdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol