
Qafqazda siyasi sabitlik üçün Türkiyə, Gürcüstan və Azərbaycan münasibətləri çox əhəmiyyətlidir -İbrahim Tellioğlu
13:53 17.01.2025
Cənubi Qafqaz
587
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumətlərarası İqtisadi Komissiyasının 10-cu sessiyasında bildirib ki, rəsmi Tiflis Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatına böyük əhəmiyyət verir:
“Şübhəsiz ki, qeyd olunan mexanizmin müxtəlif istiqamətlərdə uğurlu işləməsi ümumi maraqlarımıza daha da çox fayda gətirəcək. Ölkələrimiz müdafiə, mədəniyyət, təhsil, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, səhiyyə, turizm, gömrük sahələrində sıx əməkdaşlıq edir. Biz bu sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməyə və dərinləşdirməyə hazır olduğumuzu bildiririk".
Kobaxidzenin açıqlamasını "Sherg.az"a şərh edən türkiyəli tarixçi-alim, 19 May Universitetinin professoru İbrahim Tellioğlu deyib ki, qloballaşan dünyada regional sabitlik böyük bir önəmə sahibdir:

"Qara Dənizin şimalındakı Ukrayna-Rusiya müharibəsi, eyni şəkildə Suriyadakı müharibənin regiona mənfi təsirləri hər kəsə məlumdur. Bu baxımdan, Qafqazda siyasi sabitliyin olması üçün Türkiyə, Gürcüstan və Azərbaycan münasibətləri çox əhəmiyyətlidir. Sovet İttifaqının dağılmasından bəri Gürcüstan, Türkiyə və Azərbaycan ilə həm siyasi, həm də iqtisadi sahələrdə möhkəm bağlar quraraq, Ermənistanla müqayisədə öz əhəmiyyətini daha da artırıb. Ümumiyyətlə Gürcüstan coğrafi olaraq Orta Asiya, Qafqaz və Avropa arasında strateji bir mövqedə yerləşir. Az öncə də qeyd etdiyim kimi rəsmi Tiflis bu üstünlüyünü dostluq əlaqələrini gücləndirərək öz xeyrinə çevirməyi bacarıb. Xüsusilə Ukrayna müharibəsindən sonra ticarət mallarının böyük bir hissəsi Gürcüstan üzərindən daşınır. Bu mənada Gürcüstan mühüm bir logistika mərkəzinə çevrilib".
Ekspert əlavə edib ki, 44 günlük Vətən Müharibəsi zamanı, İranın özünü İslam dövləti adlandırmasına baxmayaraq məscidlərdə donuz saxlayan Ermənistanın tərəfində yer alarkən, Gürcüstan regional əməkdaşlığı davam etdirmək məqsədiylə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib və müharibə zamanı Ermənistanın yardım göndərən Rusiya silahlarının Gürcüstandan keçməsinin qarşısını alıb:
"Həmin dövrdə Rusiya Müdafiə Nazirinin Gürcüstanı açıq şəkildə təhdid etməsinə baxmayaraq, rəsmi Tiflis bu mövqeyindən geri çəkilməyib. Mədəniyyətlərarası münaqişəsinin hakim olduğu bir dünyada, Türkiyə, Gürcüstan və Azərbaycan Mədəniyyətlərarası Uzlaşma Nəzəriyyəsinin canlı bir nümunəsini təşkil edir. Üç ölkə arasındakı güclü münasibətlər, Cənubi Qafqazda sülhsevər bir mühitin yaranmasına mühüm töhfələr verib. Bunun digər ölkələrə də yayılması halında, region xalqları və ölkələri, xarici müdaxiləyə ehtiyac olmadan öz məsələlərini həll etmək qabiliyyətinə sahib ola bilər. Hesab edirəm ki, Gürcüstanın regional sabitlik istiqamətində atdığı addımlar uzun müddət Qafqaz regionunda daha balanslı və müstəqil bir mühitin yaranmasına töhfə verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AEBA: İranda ağır su istehsalı zavodu artıq fəaliyyət göstərmir
00:38 30.03.2026
Dünya
Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı
00:15 30.03.2026
Ekologiya
"Eşref Rüya" ilə bağlı qərar verildi
00:01 30.03.2026
Şou
Noyer geri dönür
23:54 29.03.2026
Futbol
Məşhur nazirin oğlu Ərəb Liqasının baş katibi seçildi
23:25 29.03.2026
Dünya
Əfqanıstanda daşqınlar nəticəsində 17 nəfər ölüb
23:13 29.03.2026
Dünya
Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
22:47 29.03.2026
Mədəniyyət
“Qarabağ” xanım azareşləri üçün girişi pulsuz etdi
21:57 29.03.2026
Futbol
Zelenskinin həyat yoldaşı şikayətləndi
21:27 29.03.2026
Dünya
Serbiyada bir neçə şəhər və bələdiyyəyə yerli seçkilər keçirilib
20:59 29.03.2026
Dünya
İsrail son 24 saat ərzində İranda 140 hədəfə zərbə endirib
20:47 29.03.2026
Dünya
Rasim Balayevin oğlu: Atamın vəziyyəti qəflətən pisləşdi
20:18 29.03.2026
Mədəniyyət
Zelenski: Sanksiyaların qaldırılması Rusiyaya fayda verəcək
19:45 29.03.2026
Dünya
Naməlum dronlar Finlandiyanın hava məkanını pozub
19:23 29.03.2026
Dünya
İran İsrailə yenidən zərbələr endirdi - YENİLƏNDİ
19:18 29.03.2026
Dünya