İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-a səfər edib.
APA -nın İRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi bildirib.
Onun sözlərinə görə, Məhəmməd Cavad Zərif BMT-nin İqtisadi və Sosial Şurasının Nyu-Yorkda keçiriləcək illik iclasında iştirak edəcək.
İranlı nazir daha sonra Venesuelada keçiriləcək Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün bu ölkəyə səfər edəcək.