Avstraliya sahillərində 6,8 bal gücündə zəlzələ olub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Qərbi Avstraliya ştatı sahilləri yaxınlığında, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.