Dünyada yalnız Qarsda var: Hamısı bir yerdə...



Türkiyənin Qars şəhərinin  Sarıkamış qəsəbəsinin meşəlik sahəsində yaşayan və dünyada yalnız köç edə bilən ayılar olaraq ədəbiyyata düşən boz ayılar yemək axtarışları zamanı kameralara tuş gəlib. Sarıçam meşələrindən  çıxaraq Ərzurum-Qars yolundan qarşı tərəfə keçən 20 boz ayı, qəsəbənin mərkəzinə 2 kilometr uzaqlıqda zibillikdə qida axtararkən göstərilib.


Sherg.az türk mediasına istinadən xəbər verir ki, bəzi həvəskar fotoqraflar boz ayıların qaranlıq çökmədən zibilliyə doğru toplu halda hərəkətinin görüntüsünü çəkməyə çalışıb.



Həvəskar fotoqraf Turhan Koçaş  Sarıçam meşələrinin  çöl həyatına bələd olan insanlardandı. O, belə danışır:

- Bu Türkiyənin başqa bir yerində rast gəlinməyən bir hadisədir. Köç etməyən bəzi boz ayılar axşam saatlarında və gecə vaxtı bu zibilliyə gələrək qidalanırlar. Biz də həvəskar fotoqrafçı olaraq onları lentə alırıq. Boz ayılar gündüzlər çox görünmürlər, amma axşam gün batandan sonra bu zibilliyə gəlirlər. 20-yə qədər boz ayını bir yerdə görürük. 

Turan