Nepalda daşqınlar nəticəsində ölənlərin sayı artıb


Nepalda güclü yağışlar səbəbindən baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 55-yə çatıb, daha 25 nəfər isə xəsarət alıb. Daha əvvəl 50 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilirdi.
Bundan əlavə, azı 35 nəfər itkin düşmüş sayılır. Onların axtarışları aparılır.