Trampdan Obamaya ittiham:«Türkiyə ilə bağlı yanlışa yol verib» 

Türkiyənin Rusiya istehsalı olan S-400 raketlərini almasından sonra ABŞ Ankara qarşı sanksiyalar tətbiq edəcəyini bəyan edib. Və hazırda Amerika həmin mümkün sanksiyaların riskini öyrənməyə başlayıb. 

«Sherg.az» «Sputnik.fr»ə istinadən xəbər verir ki, bu barədə ABŞ preziendenti Donald Tramp Hollandiyanın baş naziri Mark Lütlə danışıqlar zamanı bildirib. Tramp bəyan edib ki, hazırda Türkiyəyə tətbiq edəcəkləri iqtisadi sanksiyalarla bağlı sənədləri ciddi şəkildə gözdən keçirirlər : » Bu, Vaşinqton üçün çox həssas məsələdir. Bir neçə səbəb görə, vəziyyət çox çətinləşib. Bizdən əvvəlki Barak Obama administrasiyası Türkiyə ilə bağlı böyük yanlışa yol verib. Hələ nə edəcəyimizi gözdən keçirəcəyik. Konkret olaraq heç bir sanksiya elan etməmişik ». 
Qeyd edək ki, iyulun 16-da Rusiya müdafiə nazirliyinin yola saldığı S-400- lər artıq Türkiyəyə çatıb. 2017-ci ildə Ankara Moskva ilə 2,1 milyard avroluq müqavilə imzalayıb. Həmin müqavildə Rusiyadan S-400 -lərin alınması razılaşdırılıb.