« WhatsApp» vasitəsilə pul göndərə və ya qəbul edə biləcəksiniz – Möhtəşəm yenilik 


« WhatsApp» tezliklə istifadəçilərinə  pul göndərmək  və pul qəbul etmək imkanı verəcək.

« Sherg.az» «phonandroid.com»a istinadən xəbər verir ki, bu barədə “Business Today” yazıb. 

Xəbərdə deyilir ki, adıçəkilən sosial şəbəkə bu xidməti ilk olaraq Hindistanda test edəcək. 

« WhatsApp »ın « Facebook»dakı bölməsinin məsul şəxsi Vil Kaçkar bildirib ki, bu sosial şəbəkələr üçün ilk addımdır: 

Üstəgəl, məlum xidmət pulun göndərilməsi və qəbulu sahəsində dünyada ilk ən asan xidmət olacaq. Bu, maliyyə daxil olmasını sürətləndirəcək və sürətli inkişaf edən rəqəmsal iqtisadiyyatda Hindistan vətəndaşlarına dəyər gətirəcəkdir. Xidmət 2019-cu ilin sonundan tətbiq olunacaq. Hətta bu xidmət vasitəsilə beynəlxalq pul göndərmələri və ya qəbulu mümkün olunacaq.

Öncə 1 miyard və ya 500 milyon istifadəçiyə xidmət göstəriləcək. Daha sonra isə onun arealı genişləndiriləcək. Hazırda bu xidmətin detalları ilə bağlı məlumat verə bilmərik ».