İraq ölkənin cənubundakı Bəsrə vilayətində dənizdə yeni hərbi baza inşa edir.
Axar.az xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda İraq Müdafiə naziri Nəcah əş-Şammarinin Böyük Fav Limanı adlanan hərbi bazanı ziyarət etdiyi bildirilib.
Açıqlamada Böyük Fav Limanının İraqda ən böyük dəniz bazası olacağı qeyd edilib.