Avropa İnsan Haqları Məhkəməsindən Ermənistana ağır  İTTİHAM: 1,6 milyon avronu qaytar !     


Avropa İnsan Haqları Məhkəməsi Ermənistanı ədalətsiz müsadirə işində ittiham edib.

« Sherg.az» « Armenews.com»a istinadən xəbər verir ki, iyulun 25 -də Avropa İnsan Haqları Məhkəməsi Ermənistan hakimiyyətinə evi müsadirə olunmuş erməni vətəndaşlarına qaytarmalı olan 1,6 milyon avro kompensasiyanın verilməsi tələbini irəli sürüb. 

Yazıda qeyd olunur ki, İrəvanın mərkəzində qədim bir məhəllədə yaşayan 83 yaşlı erməni vətəndaşı Yuri Vartanyanın evi 200-ci ildə əlindən alınıb. Hələ sabiq prezident Serj Sarkisyanın hakimiyyəti dönəmində erməni məmurlar bu ev sahibinə  yüksək miqdarda kompensasiya verəcəklərini vəd edərək şəhərsalma layihəsinə görə, onun evini söküblər. Lakin ev söküldükdən sonra onun sahibinə heç bir kompensasiya verilməyib.

Y.Vartanyan məsələ ilə bağlı Ermənistanın bütün məhkəmə instansiyalarıına müraciət etsə də, heç bir orqan onun haqqını  təmin etməyib. Ermənistan məhkəməsi bütün hüquqi qaydaları və notarial sənədləri heçə sayıb.

Y.Vartanyan və həyat yoldaşı Susanik Nanusyan bundan sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər və bu məhkəmə 2007-ci ildə həmin kompensasiyanın bu ailəyə ödənməsinə dair qərar çıxarıb.

Amma Ermənistan hakimiyyəti bu qərarı da heçə sayıb.  Yazıda o da əlavə olunub ki, Y.Vartanyandan başqa 8 nəfər və ya ailə də eyni üsulla aldadılıb. Onlara ödəniləcək ümumi kompensasiyanın miqdarı 1,6 milyon avro təşkil edir.