Bal ayında dəhşət: Ayağı qopdu

 
Antaliyaya bal ayına gələn Qazaxıstan vətəndaşı olan turist həyat yoldaşıyla mübahisə etdikdən sonra yüzlərlə turistin baxışları altında 12 metrdən beton zəminin üstünə düşüb. Qazax turistin sağlamlıq vəziyyətinin ciddi olduğu bildirilir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, bir ay əvvəl evlənən Alnura-Yelaman Rakhmatullin cütlüyü keçən cümə günü Kəmər qəsəbəsindəki 4 ulduzlu otelə istirahətə gəlib. Cütlük dünən axşamüstü 2-ci mərtəbədəki otaqlarında mübahisəyə başlayıblar. İddiaya görə, həddindən artıq spirtli içki qəbul edən Yelaman Rakhmatullin (24) və arvadı arasında baş verən mübahisə zamanı otel otağı dava səhnəsinə dönüb.İkili arasında mübahisəyə otelin xüsusi təhlükəsizlik işçiləri müdaxilə edərək Yelaman Rakhmatullini sakitləşdirməyə çalışıb. Daha sonra hələ məlum olmayan səbəbə görə Rakhmatullin  otelin balkonundan yerə yıxılıb.
Ayağı qırılaraq qopma nöqtəsinə gələn Rakhmatullinin sinə və başından da ciddi zədələndiyi məlum olub. İlkin müdaxilədən sonra hadisə yerindən xüsusi bir xəstəxanaya aparılan yaralı daha sonra Antaliyaya sövq edilib.



Hadisə ilə əlaqədar istintaq başlayıb. 
Turan