Hindistanda fil avtomobilə hücum edib


Hindistanın Karnataka ştatında milli parkların birində fil ekskursiya avtomobilinə hücum edib.

Trend-in məlumatına görə, fil avtomobilin ön şüşəsini sındırıb.

Daha sonra fil hadisə yerindən uzaqlaşıb. Hücum zamanı xəsarət alanların olmadığı deyilir.

Qeyd olunur ki, fil avtomobilin onun ərazisinə daxil olmasından qıcıqlanıb.