Antaliyanın Manavqat mahalında Qurban bayramı öncəsi 1,3 ton ağırlığında olan "Paşa" adlı öküz 25 min lirəyə satışa çıxarılıb.
Ağır çəkisi olan "Paşa" görənlərin diqqətini çəkir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, öküzün sahibi Bayram Qazi heyvanın tamamilə təbii məhsullarla, xüsusi baxımla böyüdüldüyünü söyləyir.
Öküzün həddindən artıq böyük olduğuna görə diqqəti cəlb etdiyini ifadə edən Qazi, "Paşa"nı 25 min lirədən satışla çıxardıq. Təxminən 1 ton ağırlığı var, digər "Muncuğ" adlı öküzü isə 20 min lirədən satışa təqdim etdik. Maraqlananlar olur, bayrama qədər sata biləcəyimizi düşünürük." deyib.