Yaponiyada orta ömür həddi rekord səviyyəyə çatıb


Yaponiyada ötən il orta ömür həddi həm qadınlar, həm də kişilər arasında rekord səviyyəyə çatıb. Heysey dövrünün başladığı 1989-cu illə müqayisədə ömrün davam etməsi 5 il yarım artıb.

AZƏRTAC Yaponiya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, 2018-ci ildə ölkədə orta ömür həddi qadınlar arasında 87,32 il, kişilər arasında isə 81,25 il təşkil edib. Bildirilir ki, bu, ardıcıl olaraq yeddi ildir davam edir.

Yapon qadınların orta ömür həddi dörd il ardıcıl davam edərək bütün dünyada Honkonqdan sonra ikinci, yapon kişilərin isə Honkonqdan və İsveçrədən sonra iki il ardıcıl davam edərək üçüncü olub.