Türk restoran müdiri Londonda müştərinin həyatını qurtardı, GÜNDƏM OLDU


İngiltərənin paytaxtı Londonda bir türk restoranının müdiri Cem Canpolat, müştərinin boğazında qalan yeməyi tək bir fəndlə çıxarmağı bacararaq ingilisin həyatını qurtardı.Sherg.az türk mediasına istinadən xəbər verir ki, Londonun mərkəzindəki Vaterlooda yerləşən, məşhurların tez-tez təşrif buyurduğu bir restoranın müdiri  34 yaşlı Canpolat, bir müştərinin yemək yeyərkən boğazına qalan küftəni "Heimlich manevri" ilə çıxardı. Müştərinin həyatını qurtaran Canpolat ingilis mətbuatında xəbər oldu.

Hadisə ötən  gün baş verib . Müştərilərdən birinin yemək yeyərkən nəfəs borusuna qida düşüb . Müştərinin həyat yoldaşının qışqırıqlarını eşidən restoran müdiri Canpolat, ilk yardım dərslərində öyrəndiyi "Heimlich manevri" üsulundan (qarının altına güclü bir təzyiq tətbiq olunaraq, tıxayan cisimi nəfəs borusundan ani bir cəhdlə çıxarmaq) yararlanaraq müştərinin həyatını qurtarıb.
Turan