ABŞ: Əl Qaida həmişəki kimi güclüdür


Əl Qaida lideri Osama bin Ladenin oğlu və varisinin öldürülməsinə baxmayaraq ABŞ rəsmiləri qlobal terror şəbəkəsinin ölkəyə ciddi təhlükə olaraq qaldığını deyir.Rəsmilər hələ də mediada dolaşan xəbərlərə əsasən Həmzə bin Ladenin son iki il ərzində öldürüldüyün təsdiqləməkdən boyun qaçırırlar.

"Bizim bu gün gördüyümüz Əl Qaida həmişəki kimi güclüdür," Dövlət Departamentinin Əks-terrorizm üzrə Koordinatoru Səfir Natan Seyls İŞİD terror qrupuna həsr olunmuş brifinqdə mixbirlərə bildirib.
“Əl Qaida bütün bu illər boyu strateji və səbrli olub,” Seyls deyib. “Onların taktikası budur ki, ‘qoy İŞİD dünyanın diqqətini özünə cəlb etdiyi vaxt Əl Qaida özünü gücləndirsin.’”
“Onlar tamamilə savaşı davam etdirmək niyyətindədirlər, və biz onlarla savaşmalıyıq.”
ABŞ-ın Əl Qaida ilə bağlı qənaəti BMT-nin terror təşkilatı haqda gəldiyi qənaətlə üst-üstə düşür. BMT öz açıqladığı hesabatda Əl Qaidanı “əzmli” qurum kimi təsvir edib. (amerikanın səsi)
“Əl Qaida ilə əlaqəli qurumlar İdlibdə, Suriyada, Yəməndə, Somalidə və Qərbi Afrikanın bir çox regionlarında İŞİD-dən daha güclüdürlər,” hesabatda bildirilir.
Seyls xəbərdarlıq edib ki, heç kəs Əl Qaidanın sükutunu onun terror biznesindən çıxması kimi yozmamalıdır.