Bu ilin birinci yarısında Gürcüstanda 30 mindən çox cinayət faktı qeydə alınıb



Bu ilin birinci yarısında Gürcüstanda 33 min 399 cinayət faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında məlumat verilir.

Bildirilir ki, 2019-cu ilin yanvar-iyun aylarında qeydə alınan cinayət hallarının böyük əksəriyyəti əmlaka zərər vurma ilə bağlı olub - 13 min 682 fakt.

İkinci yerdə insan sağlamlığına zərər vurma ilə bağlı olan cinayətlərdir. Hesabat dövründə 6 min 116 belə fakt qeydə alınıb.

Hesabat dövründə həmçinin, narkotik vasitələrlə bağlı 2 min 738, insan haqları və azadlıqlarının pozulması ilə bağlı 1 676 cinayət əməli baş verib.