Bir müddət öncə ABŞ-ın Ohio əyalətinin Dayton şəhərindəki bir bara silahlı hücum edilmişdi. Basqın nəticəsində 9 kişi həyatını itirmişdi. Hadisədən sonra cinayəti törədən şəxsin 24 yaşlı Conner Bets olduğu açıqlanmışdı. Qandonduran məqam odur ki, cinayətkarın qurbanları arasında öz bacısı da var imiş.
Ötən gün Amerika mətabuatı hadisə ilə bağlı əlavə məqamları üzə çıxarıb. İddiaya görə, qatil planlı şəkildə “ölüm və təcavüz siyahısı” hazırlayıb. Qanunsuz hərəkətləri səbəbi ilə liseydən xaric edilən Betsin sinif yoldaşlarının anlatdığına görə, qatil həmin siyahıya əsasən cinayətlərini həyata keçirməyi planlayıb. Lakin siyahı ifşa olduğu üçün Betsi məktəbdən uzaqlaşdırıblar. Sinif yoldaşının ifadəsinə əsasən, məlum “ölüm və təcavüz” siyahısında onun da adı olub. Atletizm klubundakı dostu isə Betsin davamlı olaraq digər insanları təhdid etdiyini açıqlayıb: “Çox insan onu görməzdən gəlirdi. O isə insanları qorxutmaqdan həzz duyurdu”.
Liseyin məzunu 23 yaşlı Hannah Şov da mediaya reportajında adının “təcavüz siyahı”sında olduğunu deyib: “Betsin əlində silah var idi. Hər gün insanları təhdid edir, qorxudurdu. 10 ildir tanış olduğunuz birinin günahsız insanları gözünü qırpmadan qətl etməsi çox dəhşətli mənzərədir. Axı o əsgərlərin sahib olduğu bir silaha necə sahib olub? Bunu hardan əldə edib?”.
Betsin digər yaxın dostları isə onun əslində “yaxşı insan” olduğunu iddia ediblər. Məktəb yoldaşı Brad Hovard qatillə çox gözəl anlaşdığını, yaxşı vaxt keçirdiklərini bildirib: “Bets xəyal edə biləcəyini ən yaxşı insan idi. Onun kimisə təhdid etdiyini, şiddətə baş vurduğunu heç vaxt görməmişəm. Çox ağıllı biri idi. Sonradan öyrəndim ki, internet vasitəsi ilə odlu silah sifariş edib”.
Məlumat üçün bildirək ki, cinayətkar axşam saatlarında “Ned Peppers” barının önünə gələrək atəş açmağa başlayıb. Şahidlərin ifadəsinə görə, güllə yağmuruna tutulan insanlar hara gəldi qaçmağa başlayıblar, səs-küy aləmi götürüb. Bir müddət sonra küçədə uzanmış meyitləri görüblər: “Bizə tez bunanı boşaltmağı söylədilər. Çox təəccüblənmişdik. Təcili surətdə deyilənləri etdik. Maşınıma mindim və dərhal uzaqlaşdım. Gedərkən polisləri yerdəki cəsədlərin başında dayandığını gördüm. Qatilin silahından çıxan güllələr 9 insanın həyatını almışdı. Sonra məlum oldu ki, qatilin öz bacısı da hadisədə həyatını itirib”. Polisin açıqlamasına görə, Betsin üzərində güllə keçirməz zirehli paltar olub. Həmçinin, yanında bir neçə güllə darağı da gətirib. Onun atəş açması sadəcə 30 saniyə davam edib.
ABŞ-ı qana boyayan adam: Qurbanları arasında öz bacısı da olub
17:20 06.08.2019
Dünya
857
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kəlbəcər Böyük Qayıdışa hazırlanır
09:55 24.11.2024
Sosial
Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb
09:32 24.11.2024
Hadisə
Analitik: İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür
09:00 24.11.2024
Aktual
Bakıda COP29-un bağlanış plenar sessiyası başa çatıb
06:38 24.11.2024
Gündəm
Məni buna görə "günah keçisi" elan ediblər - Merkel
23:40 23.11.2024
Dünya
HƏMAS girovlardan birinin səsini yaydı, İsrail yoxlayır
23:19 23.11.2024
Dünya
Zelenski Trampın sülh planını yanvarda alacağına ümid edir
23:10 23.11.2024
Dünya
“Onlar Türkiyəyə köçməyib” - Hakan Fidan
22:45 23.11.2024
Dünya
COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
22:12 23.11.2024
COP29
İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
21:40 23.11.2024
COP29
Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
21:39 23.11.2024
Dünya
COP29-un bağlanış plenar iclası keçirilir
20:42 23.11.2024
Gündəm
Fidan da təkzib etdi: Onlar Türkiyəyə köçməyib
20:32 23.11.2024
Dünya
Azərbaycan mediasının COP29 sınağı
20:28 23.11.2024
Media
Zaxarovadan Barona: Bu, Ukraynanı məhv etməkdir!
20:18 23.11.2024
Dünya
Ərdoğan Netanyahu və Qallantın həbsi ilə bağlı qərardan danışdı
19:57 23.11.2024
Dünya
Netanyahu ölkəmizə gəlsə, həbs olunacaq - Petro
19:44 23.11.2024
Dünya
"Qarabağ" növbəti qələbəsini qazanıb
19:30 23.11.2024
İdman
Hakan Fidan Lavrovla danışdı
19:06 23.11.2024
Dünya
Respublika üzrə noyabr ayının pensiya ödənişi yekunlaşıb
18:37 23.11.2024
Sosial
Türkiyə ordusu daha 7 terrorçunu məhv etdi
18:21 23.11.2024
Dünya