Rusiyada helikopter sərt eniş etdi - Xəsarət alanlar var


Rusiyanın Kamçatka diyarında Mi-8 helikopteri sərt eniş edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Qəza zamanı helikopterdə 25 nəfər olub. Hadisə Dzendzur vulkanının yaxınlığında baş verib.

Hadisə ilə bağlı araşdırma başlayıb.