Tramp:« ABŞ Dünya Ticarət Təşkilatını tərk edə bilər » - NİYƏ ?
«Sherg.az» «bfmtv.com »a istionadən xəbər verir ki, D.Tramp DTT-ni ABŞ-a ziyan vuran Çinə köməklik göstərməkdə ittiham edib.
D.Tramp açıq şəkildə DTT-ni tərk edə biləcəklərini dilə gətirib. O bəyan edib ki, DTT ABŞ-a vurulan zərər hesabına Çinin xeyrinə addım atır:
« Lazım gələrsə, biz bu təşkilatdan gedəcəyik. Bilirik ki, onlar illərdir bizi zəiflətməyə çalışırlar, lakin bu, heç vaxt baş tutmayacaq ».