Ukrayna Qərb ölkələrinin tələbi ilə nüvə silahından imtina etmək məcburiyyətində qalıb.
TASS xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk deyib. Onun sözlərinə görə, Ukrayna ABŞ-ın sanksiya təhlükəsi ilə üzləşəcəyini görərək nüvə potensialını ləğv edib. (oxu.az)
"Biz seçim arasında qalmışdıq – ya nüvə silahımız olacaqdı, ya da sanksiyalar da daxil olmaqla, bizə iqtisadi təzyiqlər tətbiq ediləcəkdi".
L.Kravçuk bildirib ki, Qərb ölkələri nüvə silahlarına nəzarəti itirmək istəmədiklərinə görə Ukraynaya təzyiq göstərirdilər.
O, nüvə arsenalını aradan qaldırmağa razılıq verdiyinə görə peşman olmadığını da vurğulayıb.
Qeyd edək ki, SSRİ dağıldıqdan sonra Ukraynanın güclü nüvə potensialı olub. Lakin 1994-cü ildə Ukrayna Nüvə Silahlarının Yayılmaması Sazişinə qoşulduqdan sonra nüvə silahlarına malik olmaqdan imtina edib.