Zərifdən xəbərdarlıq: "İran gözlənilməz addımlar ata bilər"


İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ Prezidenti Donald Trampın gözlənilməz siyasətinə cavab olaraq İranın da gözlənilməz addımlar ata biləcəyini deyib.

APA -nın xəbərinə görə, İran XİN başçısı bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunda çıxışı zamanı bildirib.
"Qarşılıqlı gözlənilməzlik xaosa gətirib çıxaracaq. Prezident Tramp özü gözlənilməz siyasət yürütdüyü halda digərlərindən bunun əksini gözləyə bilməz".
M.C.Zərif deyib ki, körfəzdəki Ərəb ölkələri Qərb silahlarını almağa milyardlarla dollar xərcləməklə bölgədə təhlükəsizliyə nail ola bilməzlər: "Körfəzdə heç bir xarici hərbi qüvvə etibarsızlığın və təhlükənin qarşısını ala bilməz", - deyə Cavad Zərif qeyd edib.