Laborator yoxlamalar nəticəsində Ermənistanda qarayara xəstəliyinə yoluxanların sayı 8-ə çatıb.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Geqarkunik vilayətinin Gehovit kəndində daha 3 nəfər qarayara xəstəliyinə yoluxub. Ümumilikdə kənddə bu xəstəliyə yoluxanların sayı 8-ə çatıb”, - nazirlik bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın Geqarkunik vilayətinin Gehovit kəndində 5 nəfərdə qarayara xəstəliyi aşkar olunmuşdu.