Rusiyadan açıqlama: "Aralarından qara pişik keçib"

Danimarka və ABŞ-ın arasından qara pişik keçib.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Qrenladiyanı satın almaq istəməsi ilə bağlı deyib.

“Bu bizim işimiz deyil, biz beynəlxalq alış-verişlərlə maraqlanmırıq. Bu, ABŞ və Danimarka arasında olan məsələdir”, - Peskov qeyd edib.