İran hərbi gəmisini Ədən körfəzinə göndərdi

İran Hərbi Dəniz Qüvvələri “Səhənd” esminesini Ədən körfəzinə göndərib.

Axar.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həbibulla Sayari deyib.

Onun sözlərinə görə, bu esmines İran gəmilərinin beynəlxalq sularda təhlükəsizliyini təmin edəcək.