Peskov: "ABŞ-ın cavabı veriləcək"

Rusiya Müdafiə Nazirliyi və digər qurumlar ABŞ-ın orta mənzilli raket sınağı keçirməsinə simmetrik cavab verməyə hazırlaşırlar.

Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını təşkil edərək, ABŞ-ın yeni orta mənzilli raket sınağına cavab hazırlaması barədə Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinə tapşırıq vermişdi.