Dehlidən Trampa Kəşmir mesajı: "Bunu istəmirik"

Kəşmir məsələsi yalnız Hindistanla Pakistana aiddir. Onların arasındakı ziddiyyət yalnız dialoq yolu ilə həll edilə bilər.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Hindistan Baş naziri Narendra Modi deyib.

“Biz Kəşmirin hansısa başqa ölkənin problemi olmasını arzulamırıq. Bu, ikitərəfli məsələdir”, - o bildirib.