Kadırovun doğulduğu kəndin adı dəyişdirildi 


Çeçenistan rəhbəri Ramzan Kadırovun doğulduğu Tsentaroy kəndinin adı dəyişdirilib.

TASS xəbər verir ki, bu barədə Rusiya Baş naziri Dmitri Medvedev müvafiq sənəd imzalayıb.

Sözügedən kənd bundan sonra Əhməd-Yurd adlanacaq.

Qeyd edək ki, kəndin adını daşıdığı Əhməd Kadırov hazırkı rəhbərin atası və Çeçenistanın keçmiş lideridir.