Hindistanın şimal-şərqindəki Assam ştatının 1,9 milyondan çox sakini Banqladeşə deportasiya təhlükəsi ilə üzləşib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb onların vətəndaşların milli reestrinə daxil edilməməsidir.
Reestrə Assamanın yalnız Banqladeşin müstəqilliyi elan edilənə qədər – 1971-ci il martın 24-dək regionda yaşayanlar düşüblər.
Məlumata görə, yenilənmiş siyahıya 31,1 milyon nəfər düşüb. Qalan 1,9 milyon reestrə düşməmələrinə məhkəmə vasitəsilə etiraz edə bilər.
Hazırda Assamada bununla bağlı 100 xüsusi tribunal işləyir, sentyabrın ilk həftəsində daha 200-ü açılacaq. Birinci məhkəmə instansiyasında öz vətəndaşlığını sübut edə bilməyənlər Ali məhkəməyə müraciət etməli olacaqlar.