Rusiya Finlandiyaya etiraz notası göndərib

Rusiya səfirliyi Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərərək Finlandiya hakimiyyətinin hərəkətlərinə kəskin etirazını bildirib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Diplomatik nümayəndəliyin məlumatına görə, həbs qoyulan daşınmaz əmlakın yarısı diplomatik daşınmaz əmlakdır.

Rusiya səfirliyi Finlandiya Məhkəmə İcraçıları Xidmətinin qərarına yenidən baxılacağını gözləyir.